Nigeriyada qaçırılan şagirdlərin yeri müəyyən edilib

Nigeriyada Katsina əyalətindəki Kankara qəsəbəsində terror təşkilatı Boko Haramın bir dövlət elmləri məktəbinə quldurluq hücumdan sonra qaçırdığı yüzlərlə şagirdin Zamfara əyalətində bir meşədə olduqları bildirilib.

1547063
Nigeriyada qaçırılan şagirdlərin yeri müəyyən edilib

Katsina valisi Aminu Masari mövzu ilə bağlı məlumat yayıb: “Girova götürülən şagirdlərin azadlığa buraxılması üçün Yerli təhlükəsizlik departamentimizin  əməkdaşlığı ilə lazımlı addımları  atmaqda davam edirik. Bu çərçivədə terror təşkilatı ilə danışıqlar aparırıq. 402 Şagirdi xilas etmək mənim məsuliyyətimdədir. Bunun için pul ödənişi istisna olmaqla hər yolu sınayırıq. Xatırladaq ki, 11 dekabrda Nigeriyada Kankara qəsəbəsindəki bir dövlət elmləri məktəbinə quldurluq hücumundan sonra yüzlərlə şagird qaçırıldı. Yerli mətbuat hücum zamanı 400-dən çox şagirdin qaçırıldığını bildirdi. Katsina valisi Masari isə həmin hadisədən sonra əyalətdəki bütün internat məktəblərin bağlanmasını istədi.

Nigeriya Müdafiə naziri Bəşir Salihi Maqaşi hadisədən sonra bölgədə  tədqiqat apardı və tələbələrin xilas ediləcəyinə and içdi.

Prezident Məhəmməd Buxari də silahlı qrup tərəfindən  məsum uşaqlara edilən  alçaq hücumu pisləyib və terror təşkilatının  gizləndiyi ərazinin  müəyyən edildiyini,  təhlükəsizlik qüvvələrinin hərəkətə keçdiyini bildirib.



Әlaqәli Xәbәrlәr