Somali Keniya ilə diplomatik əlaqələrə son qoydu
Somali ölkəsinin daxili işlərinə müdaxilə və ərazi bütövlüyünü pozmaqda ittiham etdiyi qonşusu Keniya ilə bütün diplomatik əlaqələrinə son qoyduğunu açıqlayıb.
1545726

Somali informasiya naziri Osman Dubenin məlumatına görə hökumət Keniyadakı bütün diplomatlarını ölkəyə çağırıb və Somalidəki Keniyalı diplomatların isə 7 gün ərzində ölkədən çıxmasını istəyib.
Dube qeyd edib ki ölkəsi bu qərarı daxili işlərinə təkəbbürlü müdaxilədən sonra qəbul edib. Mövcud Keniya rəhbərliyinin Somalidə problem yaratmaqda imtina etmədiyinə diqqət çəkib.