Səudiyyə Ərəbistanına sanksiya tәtbiqi davam edәcәk

Almaniya Səudiyyə Ərəbistanına silah ixracına dair qadağan qәrarının müddәtini 2021-ci ilin sonuna dәk uzadıb.

1543145
Səudiyyə Ərəbistanına sanksiya tәtbiqi  davam edәcәk

Alman Xəbər Agentliyinin (DPA) xəbərinə görə, Almaniya hökuməti 2021-ci ildə digər Avropa ölkələri ilə ortaq istehsal olunan silahlar istisna olmaqla Səudiyyə Ərəbistanına silah sanksiyasını davam etdirәcәk. Hәmçinin Səudiyyə Ərəbistanına silah ixracı ilә bağlı daha öncә verilәn icazələri də ləğv edəcək.

Qeyd edәk ki, Yəməndəki müharibə və Səudiyyə jurnalist Camal qaşıqçının  qәtl edilmәsi səbəbindən, Berlin 2018-ci ildə Riyada silah ixracını dayandırıb vә Səudiyyə Ərəbistanına tәtbiq etdiyi silah sanksiyasının müddәtini bir neçə dəfə uzadıb.



Әlaqәli Xәbәrlәr