ABŞ-da keçirilən prezident seçkilərinin ştatlardakı rəsmi nəticələri dəqiqləşdi

ABŞ-da 3 noyabrda keçirilən prezident seçkilərindən sonra bazar ertəsi (14 dekabr) günü  bütün statların Seçki Komitəsinin üzvləri  paytaxt Vaşinqtonda səs verəcəklər.

1542718

Dekabrın 9-dan etibarən ölkədəki 50 ştatın və paytaxt Vaşinqton şəhəri öz seçki nəticələrini təsdiqlədi və rəsmi olaraq qeyd etdi.

Buna görə, Demokratların prezidentliyə namizədi Coy Bayden, 81 milyondan çox səs toplayaraq 51,3 səs nisbətini qazanıb.

ABŞ-ın hazırkı prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp 74 milyondan çox səs toplayaraq 46,8 faiz səviyyəsində qaldı.

Co Bayden 306 nümayəndə ilə prezidentlik üçün lazım olan 270 nümayəndə heyətinin şərtlərini üstələdiyi halda, Tramp 232 nümayəndə ilə qaldı.

Әlaqәli Xәbәrlәr