Dünyada koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı bir milyonu, infeksiyaya yoluxanların sayı 68 milyonu, virusdan müalicә olunaraq sağalanların sayı da 47 milyonu  keçib.

1541979
Dünyada koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir

 

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı bir milyonu, infeksiyaya yoluxanların sayı 68 milyonu, virusdan müalicә olunaraq sağalanların sayı da 47 milyonu  keçib.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında ‘‘Covid-19’’dan ölәnlәrin sayı gün әrzindә 1896 artaraq 290 min 880-ә, virusa yoluxanların sayı isә 208 min 166 artaraq 15 milyon 377 min 814-ә yüksәlib.

İtaliyada epidemiya qurbanlarının sayı gün әrzindә 634 artaraq 61 min 240-ә çatıb. Ölkәdә infeksiyaya yoluxanların sayı 14 min 842 artaraq bir milyon 757 min 394-ә yüksәlib.

İngiltәrәdә koronavirus qurbanlarının sayı 60 mini, virusa yoluxanların sayı da bir milyonu keçib.

Fransada koronavirusdan ölәnlәrin sayı 56 mini, infeksiyaya yoluxanların sayı da 2 milyonu keçib.

İspaniyada koronavirus qurbanlarının sayı 46 mini, virusa yoluxanların sayı da bir milyonu keçib.

Hollandiyada koronavirusdan vәfat edәnlәrin sayı 9 mini, infeksiyaya yoluxanların sayı da 500 mini keçib.

Rusiyada son 24 saat ərzində daha 26 190 nəfər yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxub.

Rusiyada infeksiyaya yoluxanların sayı 2 541 199 nəfərə çatıb.

Son 24 saat ərzində 559 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 44 718 nəfərə çatıb.

Braziliyada son 24 saat ərzində daha 51 088 nəfərin koronavirus infeksiyasına yoluxması, 842 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

İndiyədək Braziliyada koronavirusa ümumilikdə 6 674 999 nəfər yoluxub. Bu müddət ərzində 178 159 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 5 854 709 xəstə müalicə olunaraq sağalıb.

Son 24 saat ərzində İranda 10 min 223 nəfər koronavirusa yoluxub, 295 nəfər isə həyatını itirib.

Bbununla da İranda koronavirusa yoluxanların ümumi sayı 1 milyon 72 min 620-ə, ölənlərin sayı isə 51 min 212-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 5 min 779 xəstənin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla bitən 765 min 639 xəstə isə sağalaraq evə buraxılıb.

İran alimlərinin koronavirusa qarşı hazırladıqları vaksinin insanlar üzərində sınaqdan keçirilməsinə başlanılıb.

 



Әlaqәli Xәbәrlәr