Fransada etiraz aksiyaları davam edəcək

Fransada sosial hadisələrə səbəb olan təhlükəsizlik haqqında qanun layihəsinə qarşı nümayişlərin davam etdirilməsi üçün çağırışı edilib.

1540566
Fransada etiraz aksiyaları davam edəcək

Fransada sosial hadisələrə səbəb olan təhlükəsizlik haqqında qanun layihəsinə qarşı nümayişlərin davam etdirilməsi üçün çağırışı edilib.

Mətbuat təşkilatları, insan hüquqları təşkilatları və həmkarlar ittifaqlarından ibarət "Ümumi Təhlükəsizlik Qanununa Xeyr" Kollektivinin verdiyi açıqlamada ölkədə srağa gün 90 şəhərdə qanun əleyhinə etiraz aksiyaları keçirilməsindən məmnuniyyət duyulduğu bildirilib. 

Nümayişlərin dinc keçdiyi bildirilən açıqlamada paytaxt Parisdəki etiraz aksiyası zamanı isə polisin izlədiyi strategiyanın zorakılığa səbəb olduğu ifadə edilib.

Açıqlamada prezident Emmanuel Makronun Kollektivin nümayəndələrinin görüş tələbini qəbul etmədiyi də vurğulanıb.

Açıqlamada nümayişlərin reaksiyanın nə dərəcədə olduğunu göstərdiyi bildirilib və etiraz aksiyalarının qanun layihəsi ləğv edilənə qədər davam etdirilməsi üçün çağırış edilib.

Digər tərəfdən, ölkənin Daxili İşlər naziri Gerald Darmanin "Twitter" hesabından etiraz aksiyaları zamanı 95 nəfərin nəzarətə alındığını və 67 polisin yaralandığını bildirib.

Fransız polisi nümayişçilərə bibər qazı və təzyiqli su ilə müdaxilə edib. Nümayişçilər bir çox nəqliyyat vasitəsini və zibil qutusunu yandırıb, mağazalar və bankları qarət ediblər.

Ölkədə qanun layihəsinin xüsusilə 24-cü maddəsi mətbuat azadlığı ilə xüsusi həyatın məxfiliyini poza biləcəyi və polis zorakılığını artıra biləcəyi səbəbiylə tənqid olunur. Ayrıca, son vaxtlarda jurnalistlərə və aktivistlərə qarşı polisin zorakılığı mübahisə olunur.

Reaksiyalar əsasında layihənin 24-cü maddəsinin yenidən yazılmasına qərar verilib.



Әlaqәli Xәbәrlәr