Nigeriyada naməlum xəstəlik 50 nəfərin ölümünə səbəb olub

Həyatını itirənlərin 25-40 yaşları arasında olduğu bildirilib.

1530081
Nigeriyada naməlum xəstəlik 50 nəfərin ölümünə səbəb olub

Nigeriyanın Kogi əyalətində naməlum xəstəlik səbəbindən 50 nəfər dünyasını dəyişib.
Kogi vilayətinin Olamaboro bölgəsi Məclis Üzvü Ujah Anthony Alevo vilayətin Etteh bölgəsində hələ də diaqnoz qoyula bilməyən xəstəlik səbəbiylə 50 nəfərin öldüyünü bildirib.
Həyatını itirənlərin 25-40 yaşları arasında olduğunu ifadə edən Alevo bu vəziyyətin narahatlıq doğurduğunu vurğulayıb.
Alevo ölümlərin səbəbini tapmaq üçün araşdırmaların davam etdiyini bildirib.
Keçən ay Nigeriyanın Delta və Enugu əyalətlərində ortaya çıxan sirli xəstəliyin araşdırmalarda sarı qızdırma olduğu müəyyən edilmişdi. 



Әlaqәli Xәbәrlәr