Dünyada koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 262 min 100 nəfəri, infeksiyaya yoluxanların sayı 50 milyon 739 mini keçib.

1524123
Dünyada koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 262 min 750 nəfəri, infeksiyaya yoluxanların sayı 50 milyon 782 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 35 milyon 813 mini keçib.

"Covid-19" səbəbiylə 126 min 671 nəfərin öldüyü Hindistanda virusa yoluxanların sayı 8 milyon 555 min 109-a yüksəlib.
Rusiyada son bir gündə 20 498 nəfərə koronavirus diaqnozu qoyulub.
Bununla da Rusiyada "Covid-19"a yoluxanların sayı 1 774 334 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə 286 nəfər artaraq 30 537-yə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 324 419 nəfər sağalıb.Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb - 5751.
"Covid-19" qaynaqlı Fransada ölənlərin sayı son 24 saat ərzində 271 artaraq 40 min 439, virusa yoluxan insanların sayı isə 38 min 619 artaraq 1 milyon 787 min 324 nəfərə çatıb. Səhiyyə naziri Olivier Veran epidemiyanın yayılma sürətində bir yavaşlama olduğunu, ancaq mövcud komendant saatının təsirli olub olmadığını təyin etmək üçün hələ tez olduğunu bildirib.
İtaliyada virus səbəbiylə son bir gündə 331 nəfərin ölümü ilə, ölkvdə insan itkisi 41 min 394-ə yüksəlib. 32 min 616 nəfərdə "Covid-19" diaqnozu ilə virusa yoluxanların sayı 935 min 104 olub.

Yoluxma faktlarının yenidən artdığı koronavirus epidemiyası səbəbindənMoldova, Belarus, Qırğızıstan, Özbəkistan və Tacikistanda ölümlər artmağa başlayıb.
 Bu ölkələrdə iinsan itkisi və yoluxma hadisələrin sayı aşağıdakı kimidir: 1893/82 min 346, 1007/106 min 279, 1177/62 min 819, 583/68 min 665, 83/11 min 336.
Mərakeşdəki ölüm sayı 75 artaraq 4 min 272-yə, virusun yoluxduğu  insanların sayı isə 4 min 596 artaraq 256 min 781-ə çatıb.
19 min 809 nəfərin öldüyü Cənubi Afrika Respublikasında xəstəlik sayı 737 min 278-ə yüksəlib.
Kambocada Macarıstan Xarici İşlər naziri Peter Szijjartonun ölkəyə səfəri zamanı koronavirus testinin müsbət olmasından sonra paytaxt Phnom Pen və ətrafındakı bir əyalətdə məktəblərin 2 həftə bağlanacağı açıqlanıb.



Әlaqәli Xәbәrlәr