Amerika Birlәşmiş Ştatlarında prezident seçkilәri keçirildi

Mәlumata görә, seçkilərində ilkin nəticələrə görə Respublikaçıların namizədi, hazırkı Prezident Donald Tramp öndədir.

1521519
Amerika Birlәşmiş Ştatlarında prezident seçkilәri keçirildi

 

Amerika Birlәşmiş Ştatlarında prezident seçkilәri keçirildi.

Mәlumata görә, seçkilərində ilkin nəticələrə görə Respublikaçıların namizədi, hazırkı Prezident Donald Tramp öndədir.

Donald  Tramp seçkilərdə səslərin əhəmiyyətli bir hissəsi sayıldıqdan sonra Demokratların namizədi Co Baydeni qabaqlayır.

50 ştat vә ABD-yә tabe olan Porto Rikoda tәxminәn 250 milyon seçici ölkәnin 59-cu prezidentini müәyyәn etmәk üçün sәs verdi.

Mәlumatda qeyd olunub ki, Donald  Tramp Florida, Ohayo, Kentukki, Kanzas, Luiziana, İndiana, Vyominq, Qərbi Vircinya,  Cənubi Karolina, İdaho, Alabama, Mississippi, Tennesi, Oklahoma, Arkanzas, Cənubi Dakota, Şimali Dakota, Missuri, Nebraska, Ayova və Montana,İova, Texas ştatlarında qələbə qazanıb. 

Co Baydenin  isə Havay, Minnesota, Kolorado, Nyu-Meksiko, Kaliforniya, Nyu-Hempşir, Oreqon, Vermont, Virciniya,  Vaşinqton, Rod-Aylend, Nyu-York, Nyu-Cersi, Massaçusets, Merland, İllinois, Delaver və Konnektikut, həmçinin Kolumbiya bölgəsində səs çoxluğu ilə qələbə qazanıb. 

“Biz seçkiləri qazanmağa hazırlaşırdıq. Düzünü desəm, bu seçkilərdə qələbə qazanmışıq”. 

Bunu ABŞ-da prezident seçkilərində Respublikaçıların namizədi, hazırkı Prezident Donald Tramp Ağ Evdə çıxışı zamanı deyib.

O qeyd edib ki, seçkidə saxtakarlıq baş verib və bu, xalq üçün utancvericidir: “ABŞ Ali Məhkəməsinə gedəcəyik. Bütün səsvermənin dayandırılmasını tələb edirik. Çox məyus bir qrup Amerika xalqının hüquqlarını məhdudlaşdırmağa çalışır. Buna dözüm göstərməyəcəyik. Biz qələbəni qeyd etməyə hazırlaşırıq”. 

 



Әlaqәli Xәbәrlәr