Yәmәndә 98 min uşaq ölüm riski ilә üz-üzәdir

Bu barәdә  Yәmәndәki BMT-yә tabe olan tәşkilatlar mәlumat yayıb.

1517494
Yәmәndә 98 min uşaq ölüm riski ilә üz-üzәdir

Yәmәnin cәnubunda 98 min uşağın ölüm riski ilә üz-üzә olduğu açıqlandı.

Bu barәdә  Yәmәndәki BMT-yә tabe olan tәşkilatlar mәlumat yayıb. Açıqlamada bildirilib ki, araşdırmaya görә, Yәmәnin cәnub bölgәlәrindәki  5 yaşdan aşağı olan 98 min  uşaq  müalicә olunmadıqları tәqdirdә ölüm riski ilә üz-üzәdir.

Uzun müddәtdit siyasi qeyri-sabitliyin yaşandığı Yәmәnin paytaxtı Sәna vә bәzi bölgәlәri 2014-cü ilin sentyabr ayından etibarәn  İran tәrәfindәn dәstәklәnәn Husilәrin nәzarәtindәdir.
Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri 2015-ci ilin mart ayından etibarәn Husilәrlә mübarizә çәrçivәsindә Yәmәn hökumәtinә dәstәk verir.





 



Әlaqәli Xәbәrlәr