Vladimir Putin: ‘‘Türkiyә kimi tәrәfdaşla işlәmәk nәinki xoşdur, hәm dә etibarlıdır’’

Rusiya prezidenti Vladimir Putin Türkiyә ilә aralarındakı layihәlәrin prezident Rәcәb Tayyib Әrdoğanın qәtiyyәti sayәsindә hәyata keçirildiyini bildirib.

1514307
Vladimir Putin: ‘‘Türkiyә kimi tәrәfdaşla işlәmәk nәinki xoşdur, hәm dә etibarlıdır’’

Rusiya prezidenti Vladimir Putin Türkiyә ilә aralarındakı layihәlәrin prezident Rәcәb Tayyib Әrdoğanın qәtiyyәti sayәsindә hәyata keçirildiyini bildirib.

Putin bildirib ki, Әrdoğan tәzyiqlәrә rәğmәn müstәqil xarici siyasәt yürüdür.

Bu barәdә Vladimir Putin ‘‘Valday’’ klubunun iclasında qeyd edib.

Türkiyә ilә Fransa arasında Şәrqi Aralıq dәnizindә yaşanan gәrginlik zamanı Rusiyanın vasitәçi kimi bir mövqeyinin olub-olmadığı ilә bağlı bir sualı cavablandıran Vladimir Putin ölkәsinin hәm Fransa, hәm dә Türkiyә ilә yaxşı münasibәtinin olduğunu bildirib.

Putin deyib: ‘‘Fransa ilә yaxşı münasibәtlәrimiz var. Türkiyә ilә әmәkdaşlığımız güclәnir. Türkiyә bizim qonşumuzdur. Hәm Türkiyә, hәm dә Rusiya üçün münasibәtlәrimiz әhәmiyyәtlidir. Bu sәbәbdәn iki ölkә arasında bizim vasitәçi olmamıza ehtiyac olduğunu düşünmürәm. Hәm Türkiyә, hәm dә Fransa kimi ölkәlәr münasibәtlәrini özlәri hәll edә bilәrlәr’’

Türkiyә ilә Rusiya arasındakı münasibәtlәrә dә toxunan Vladimir Putin ikitәrәfli ticarәt hәcminin 20 milyard dollardan çox olduğunu deyib.

Vladimir Putin qeyd edib ki, prezident Rәcәb Tayyib Әrdoğan tәzyiqlәrә rәğmәn müstәqil xarici siyasәt yürüdür. Onunla çox qısa müddәt әrzindә ''Türk axını'' layihәsini hәyata keçirdik. Avropa ilә bunu sürәtli şәkildә edә bilmirik.

Putin ''Şimal Axın-2'' layihәsini hәyata keçirmәk mәsәlәsindә Avropa ilә problemlәr yaşadıqlarını deyib.

‘‘Halbuki Türkiyә ilә bütün reaksiyalara rәğmәn öz milli dәyәrlәrimizi anlayaraq bunu çox sürәtli bir şәkildә etdik. Әrdoğan ‘‘bunu hәyata keçirәcәyik’’ dedi vә  biz bunu hәyata keçirdik. Türkiyә S-400 zenit-raket kompleksini almağa qәrar verdi vә aldı. Belә bir tәrәfdaşla işlәmәk nәinki  xoşdur, hәm dә  etibarlıdır’’,-deyә Vladimir Putin Vurğulayıb.



Әlaqәli Xәbәrlәr