Yens Stoltenberq: "Türkiyə və Yunanıstan NATO-nun dəyərli müttəfiqləridir"

NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə və Yunanıstanın NATO-nun dəyərli müttəfiqləri olduğunu bildirib.

1513335
Yens Stoltenberq: "Türkiyə və Yunanıstan NATO-nun dəyərli müttəfiqləridir"

Türkiyə və Yunanıstan NATO-nun dəyərli müttəfiqləridir.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Belçikanın paytaxtı Brüsseldə verdiyi açıqlamada deyib.
Baş katib Şərqi Aralıq dənizindəki gərginlikdən narahat olduğunu və NATO üçün gərginliyi azaltmanın və müttəfiqlər arasında istənməyən hadisələrin və qəzaların qarşısını almağın vacib olduğunu vurğulayıb.
Yens Stoltenberq tərəflərin dənizdə və havada necə davranacaqlarını müəyyənləşdirmək üçün ayırma prosedurlarının bir mexanizmi qurulduğunu, habelə 7/24 saat qurulacaq əlaqə üçün təcili bir xətt olduğunu xatırladıb.
Bütün bunların təhlükəli vəziyyətlərin qarşısını almağa yönəldiyini vurğulayan Stoltenberq "Səylərimizi davam etdirəcəyik. NATO-nun mənzil-qərargahındakı hərbi texniki fəaliyyətlər olan bu ayırma metodları, həmin zamanda Şərqi Aralıq dənizindəki qarşıdurmanın təməlindəkı əsas məsələlərin müzakirə ediləcəyi kəşfiyyat danışıqlarının aparılmasını təmin edən Almaniyanın rəhbərliyindəki səyləri də dəstəkləyir. Bu ikitərəfli səy birlikdə davam edir" ifadələrdən istifadə edib.



Әlaqәli Xәbәrlәr