Dünyada koronavirusla bağlı son vәziyyәt (21 oktyabr)

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı bir milyonu, virusa yoluxanların sayı 40  milyonu,  infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 30 milyonu keçib.

1512865

Fransada epidemiya qurbanlarının sayı sutka әrzindә 262  artaraq 33  min 885-ә, infeksiyaya yoluxanların sayı da 20 min 468  artaraq 930  min 745-ә  çatıb.

İspaniyada koronavirus pandemiyasından son 3 gündә  әrzindә daha 218  nәfәrin vәfat etmәsi ilә ölәnlәrin ümumi sayı 34 min 210-a  çatıb. Sәhiyyә Nazirliyi  üç gündә  17  min 873  nәfәrin dә epidemiyaya yoluxduğunu açıqlayıb. Belәliklә ölkәdә virusa yoluxanların ümumi sayı 900  mini keçib.

Portuqaliya Sәhiyyә Nazirliyi koronavirusdan gün әrzindә daha 15  nәfәrin hәyatını itirdiyini vә epidemiyaya 1876  nәfәrin dә yoluxduğunu açıqlayıb. Ölkәdә indiyәdәk koronavirusdan vәfat edәnlәrin sayı 2213-ә, infeksiyaya yoluxanların sayı isә 103 min 736-ya  çatıb.

Yunanıstanda epidemiya qurbanlarının sayı gün әrzindә 8 artaraq 528-ә, epidemiyaya yoluxanların sayı da 667 artaraq 26 min 469-a yüksәlib.
Fәlәstindә koronavirusdan ölәnlәrin sayı 492-yә, infeksiyaya yoluxanların sayı da 26 min 469-a çatıb.

Әlaqәli Xәbәrlәr