ABŞ-ın Alyaska ştatı üçün zəlzələdən sonra sunami xəbərdarlığı edilib

ABŞ-ın Alyaska ştatı sahillərində seysmoloqlar 7,4 bal gücündə zəlzələ qeydə alındığını bildiriblər.

1512239
ABŞ-ın Alyaska ştatı üçün zəlzələdən sonra sunami xəbərdarlığı edilib

ABŞ-ın milli sunami xəbərdarlığı mərkəzi zəlzələdən sonra sunami xəbərdarlığı edib.

ABŞ-ın Alyaska ştatı sahillərində seysmoloqlar 7,4 bal gücündə zəlzələ qeydə alındığını bildiriblər.

Yayılan məlumatda zəlzələnin episentrinin təxminən 1000 nəfərin yaşadığı Sand-Point qəsəbəsindən 94 km cənub-şərqdə, ocağının isə 41 km dərinlikdə yerləşdiyi qeyd olunub.

ABŞ-ın Sakit okeanın sahil zolağında yerləşən digər bölgələri üçün sunami təhlükəsinin səviyyəsinin müəyyən edilməsi üçün fəaliyyətlərin davam etdiyi, sonrakı açıqlamalarda bununla bağlı məlumatların da bölüşüləcəyi bildirilib.

Açıqlamada Alyaskanın sahil zolağında yaşayanların daha hündür bölgələrə çıxmaları, olduqları binaların ən yuxarı mərtəbəsinə qalxmaları və hər hansı səbəbdən sahilə yaxınlaşmamaları istənib. 



Әlaqәli Xәbәrlәr