Dünyada koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı bir milyon 90 min 900-ü keçib.

1508462
Dünyada koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı bir milyon 91 min 569-u, virusa yoluxanların sayı 38  milyon 404,  infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 28 milyon 874 min 23-ü keçib.

ABŞ-da "Covid-19" infeksiyasından həyatını itirənlərin sayı 220 min 873-ə çıxıb. Vlkədə virusun yoluxduğu insan sayı 8 milyon 90 min 253 olub.

Braziliyada son sutka ərzində daha 10 220 nəfərin koronavirus infeksiyasına yoluxması, 309 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

İndiyədək Braziliyada koronavirusa ümumilikdə 5 113 628 nəfər yoluxub. Bu müddət ərzində 150 998 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 4 526 975 xəstə müalicə olunaraq sağalıb.

Hindistanda son 24 saat ərzində daha 730 insanın ölümü ilə  "Covid-19" infeksiyasından həlak olanların 110 min 586-ya yükselib. İnfeksiyaya yoluxanların sayı isə 63 min 509 artaraq 7 milyon 239 min 389-a çıxıb. 478 nəfərin epidemiyadan öldüyü, 32 min 556 nəfərin yoluxduğu Tunisdə 18 millət vəkilinin "Covid-19" testinin müsbət olduğu açıqlanıb. Bundan əlavə, Məclisin karantinə götürülən 25 işçisindən 14-nün sağaldıldığı və xəstəxanadan çıxarıldığı, 11-nin isə hələ də karantində olduğu bildirildi.
Daha 18 nəfərin yeni növ koronavirus (Covid-19) infeksiyasından öldüyü İordaniyada insan itkisi 225-ə yüksəlib. Ölkədə gündəlik rekord sayda yoluxma faktı qeydə alınıb. 2 min 54 yeni yoluxma ilə virusa yoluxanların sayı 28 min 127-yə yüksəlib.
72 nəfərin virusdan öldüyü və 10 mindən çox hadisənin qeydə alındığı Mozambikdə Səhiyyə naziri Armindo Tiago da yeni bir koronavirus aşkarlanıb.
İraqda koronavirus səbəbiylə ölənlərin sayı 9.970-ə yüksələrkən, infeksiyanın yoluxduğu insanların sayı 409 min 358 olub.
Afrika qitəsində epidemiya səbəbiylə ölənlərin sayı 38 min 633, virusun yoluxduğu insanların sayı 1 milyon 601 min 181 olub.
Qitədə "Covid-19"dan ən çox insan itkisi 18 min 28 ölümlə Cənubi Afrikada qeydə alınıb. Misirdə 6 min 71, Mərakeşdə 2 min 685 nəfər ölüb.

Avropada epidemiyanın mərkəzinə çevrilən İngiltərədə son 24 saat ərzində virus səbəbiylə ölənlərin sayı 143 nəfər artaraq 43 min 18-ə yüksəlib, virusa yoluxanların sayı gündəlik 17 min 234 artaraq 634 min 920 nəfərə çatıb.
Fransada epidemiya səbəbiylə son 24 saat ərzində 108 adam ölüb, bununla insan itkisi 32 min 942 olub. Virusa yoluxanların sayı 12 min 993 artaraq 756 min 472 nəfərə çıxıbi. Ölkənin ən böyük yarmarkalarından biri olan və 27 fevral - 7 mart 2021 arasında paytaxt Parisdə keçirilməsi planlaşdırılan "Kənd Təsərrüfatı və Heyvandarlıq Sərgisi" nin "Covid-19" epidemiyası səbəbiylə keçirilməyəcəyi bildirilib. 
Virus səbəbiylə ölənlərin sayının 9677-yə yüksəldiyi Almaniyada "Covid-19" infeksiyası aşkarlananların sayı son 24 saat ərzində 5132 artdı. Bu rəqəm aprel ayından bəri ən yüksək rəqəm olaraq qeyd edilib. "Covid-19" xəstələrinin sayı ölkə daxilində 334 min 585-ə yüksəlib.



Әlaqәli Xәbәrlәr