Dünyada rekord sayda "Covid-19" infeksiyasına yoluxma qeydə alınıb

Dünyada ümumilikdə 36,7 milyondan çox koronavirus infeksiyası hadisəsi təsdiq edilib, ölənlərin sayı isə 1 milyondan çoxdur.

1506698
Dünyada rekord sayda "Covid-19" infeksiyasına yoluxma qeydə alınıb

Dünyada ümumilikdə 36,7 milyondan çox koronavirus infeksiyası hadisəsi təsdiq edilib, ölənlərin sayı isə 1 milyondan çoxdur.

"Dünyada yeni növ koronavirusa yoluxma hadisələrinin sayı ardıcıl üç gündür ki, rekord həddi keçir. Son sutkada 383 359 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub".

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilib.

Ən çox artım isə Hindistan (73 272) və ABŞ-da (54 232) müşahidə edilib.

Qeyd edək ki, bir gün əvvəl 350 766 hadisə qeydə alınmışdı. Bundan əvvəlki rekord isə 338 779 olub.

Dünyada ümumilikdə 36,7 milyondan çox koronavirus infeksiyası hadisəsi təsdiq edilib, ölənlərin sayı isə 1 milyondan çoxdur.

Braziliyada epidemiya səbəbiylə bu günə qədər ölənlərin sayı 150 min 236 olaraq qeyd edilib. Ölkədə 5 milyon 091 min 840 nəfər isə virusa yoluxub.
Koronavirusdan 83 min 642 ölümün qeydə alındığı Meksikada yoluxma sayı 814 min 328 olub..
Fransada daha 54 nəfərin ölümü ilə "Covid-19"dan insan itkisi sayı 32 min 684-ə yüksəlib. Virusa yoluxanların sayı isə son 24 saat ərzində 26 min 896 artaraq 718 min 873-ə çatıb. Bu göstərici, epidemiya başlayandan bəri ölkədə və Avropada qeydə alınan gündəlik ən yüksək xəstəlik sayı olub.
Epidemiya səbəbiylə bu günə qədər 36 min 140 nəfərin öldüyü və 349 min 494 nəfərin virusa yoluxduğu İtaliyada hökumət tərəfindən "Covid-19" infeksiyasına qarşı görülən tədbirlər və epidemiya dövründə izlənilən maliyyə siyasətlərə minlərlə insan tərəfindən etiraz edilib.



Әlaqәli Xәbәrlәr