Dünyada koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı bir milyon 65 mini keçib.

1505670
Dünyada koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı bir milyon65 mini, virusa yoluxanların sayı 36 milyon 691 mini, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 27 milyon 577  mini keçib.

Koronavirusun yeni növü (Kovid-19) səbəbiylə ölənlərin sayı dünya miqyasında bir milyon 65 mini keçdi. İşlərin sayı 36 milyon 691 mini, sağalanların sayını isə 27 milyon 577 mini keçib.
Avropada epidemiyanın mərkəzinə çevrilən İngiltərədə virus səbəbiylə ölənlərin sayı son 24 saat ərzində 77 artaraq 45 min 592, infeksiyaya yoluxanların  sayı isə 17 min 540 artaraq 561 min 815 nəfərə çatıb.
İtaliyada son 24 saat ərzində yeni növ koronavirus səbəbiylə 22 nəfər ölüb. Bununla da ölkədə insan itkisi 36 min 83-ə yüksəlib. 4 min 458 yeni yoluxma faktı ilə infeksiyaya yoluxanların sayı 338 min 398 olub.
Səhiyyə naziri Roberto Speranzanın müşaviri Valter Ricciardi "Yeni addamlar atmayacağımız təqdirdiə dekabr ayında gündə 16 000 hadisə ilə qarşılaşma riskimiz var" deyib.
Fransada epidemiya səbəbiylə son 24 saat ərzində 76 nəfər öldü, insan itkisi  bununla da 32 min 521-ə yüksəlib. Virusa yoluxanların sayı 18 min 129 nəfər artaraq, 671 min 638 nəfərə çatıb. 
Səhiyyə naziri Olivier Veran epidemiyanın gedişatının pisləşməyə davam etdiyini və paytaxt Parisdən sonra Lille, Grenoble, Lyon və Saint-Etiennenin epidemiya səbəbiylə şənbə günü "maksimum həyəcan" səviyyəsinə keçəcəyini açıqlayıb.

ABŞ-da son 24 saat ərzində koronavirusa yoluxma hallarının sayı 50 mindən çox olub.

Ölkədə son gündə "Covid-19" xəstələrinin sayı 50 341 nəfər artıb, eyni zamanda 915 xəstə ölüb.

Pandemiya başlayandan bəri həkimlər ABŞ-da 7,5 milyondan çox insanda koronavirusa yoluxma aşkar edib, 211 mindən çox pasiyent ölüb. 2,9 milyondan çox insan xəstəlikdən sağalıb.

Hindistanda son 24 saat ərzində 964 nəfərin ölümü ilə "Covid-19"dan ölənlərin sayı 106 min 490-a, virusun yoluxduğu insan sayı isə 70 min 496 artaraq 6 milyon 906 min 151-ə yüksəlib.
Afrika qitəsində epidemiya səbəbiylə ölənlərin sayı 37 min 452-yə yüksəlib. 1 milyon 556 min 17 insanda isə infeksiya aşkarlanıb.
Qitədə "Covid-19"dan ən çox insan itkisi 17 min 408 ölümlə Cənubi Afrikada qeydə alınıb, Misirdə 6,17 nəfər, Mərakeşdə 2468 nəfər həlak olub.
Mavrikidə aktiv "Covid-19" hadisəsi qalmayıb., Seyşellər və Eritreyada isə ölüm olmadığı bildirilib.
Cənubi Afrikada xəstələrin sayı 686 min 891-ə yüksəlib, 142 min 953 yoluxma ilə Mərakeş, 104 min 156 yoluxma faktı ilə Misir izləyib.

 



Әlaqәli Xәbәrlәr