Dünyada koronavirusla bağlı son vәziyyәt (1 oktyabr)

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı bir milyonu, virusa yoluxanların sayı 34  milyonu,  infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 25 milyonu keçib.

1500504
Dünyada koronavirusla bağlı son vәziyyәt (1 oktyabr)

 

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı bir milyonu, virusa yoluxanların sayı 34  milyonu,  infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 25 milyonu keçib.
Epidemiyanın Avropadakı mәrkәzi olan İngiltәrәdә virusdan ölәnlәrin sayı gün әrzindә 71 artaraq 42 min 143-ә, infeksiyaya yoluxanların sayı da 7 min 108 artaraq 453 min 264-ә çatıb.
Fransada epidemiya qurbanlarının sayı gün әrzindә 64 artaraq 31 min 956-ya, virusa yoluxanların sayı da 12 min 845 artaraq 563 min 565-ә yüksәlib.

Çexiyada koronavirusdan ölәnlәrin sayı 655-ә, infeksiyaya yoluxanların sayı da 68 min 919-a çatıb.

Slovakiyada koronavirus qurbanlarının sayı 48-ә, virusa yoluxanların sayı da 10 min 141-ә yüksәlib.
Şimali Kıbrıs Türk Cümhuriyyәtinin sәhiyyә naziri Ali Pilli ölkәdә 65 gündür virusa yoluxanın olmadığını bildirib. Qeyd edәk ki, Şimali Kıbrıs Türk Cümhuriyyәtindә epidemiya sәbәbindәn vәfat edәnlәrin sayı 4-ә, infeksiyaya yoluxanların sayı da 757-yә çatıb.
İordaniyada koronavirus qurbanlarının sayı 61-ә, virusa yoluxanların sayı da 11 min 825-ә yüksәlib.

Epidemiyanın mәkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında epidemiya qurbanlarının sayı 200 mini, infeksiyaya yoluxanların sayı da 7 milyonu keçib.

Braziliyada koronavirusdan ölәnlәrin sayı 140 mini, virusa yoluxanların sayı da 4 milyonu ötüb.

Meksikada gün әrzindә koronavirusdan ölәnlәrin sayı 483 artaraq 77 min 646-ya, yoluxanların sayı da 5 min 53 artaraq 743 min 216-ya çatıb.

Almaniyada koronavirus qurbanlarının sayı 9 mini,yoluxanların sayı da 290 mini keçib.

İtaliyada koronavirusdan ölәnlәrin sayı 35 min 864-ә, virusa yoluxanların sayı da 314 min 861-ә yüksәlib.



Әlaqәli Xәbәrlәr