Dünyada koronavirusla bağlı son vәziyyәt (19 sentyabr)

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 900 mini, virusa yoluxanların sayı 30  milyonu, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 22 milyonu keçib.

1493449
Dünyada koronavirusla bağlı son vәziyyәt (19 sentyabr)

 

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 900 mini, virusa yoluxanların sayı 30  milyonu, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 22 milyonu keçib.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında virus qurbanlarının sayı 200 mini, infeksiyaya yoluxanların sayı da 6 milyonu keçib.

Epidemiyanın Avropadakı mәrkәzi olan İngiltәrәdә yeni növ koronavirus pandemiyasından gün әrzindә hәyatını itirәnlәrin sayı 27  artaraq 41 min 732-ә, infeksiyaya yoluxanların sayı da 4 min 322  artaraq 385  min 936-ya yüksәlib.

İtaliyada koronavirus infeksiyasından vәfat edәnlәrin sayı gün әrzindә 10 artaraq 35 min 668-ә, virusa yoluxanların sayı da 294 min 932-yә çatıb.

Fransada epidemiya qurbanlarının sayı sutka әrzindә 123  artaraq 31 min 249-a, infeksiyaya yoluxanların sayı da 13  min 215  artaraq 428  min 696-ya çatıb. Fransa iqtisadiyyat nazirinin dә virusa yoluxduğu bildirilir.

İspaniyada koronavirus pandemiyasından bir hәftә әrzindә daha 432  nәfәrin vәfat etmәsi ilә ölәnlәrin ümumi sayı 30 min 495-ә  çatıb. Sәhiyyә Nazirliyi  gün әrzindә 14  min 389  nәfәrin dә epidemiyaya yoluxduğunu açıqlayıb. Belәliklә ölkәdә virusa yoluxanların ümumi sayı 600  mini keçib.

Portuqaliya Sәhiyyә Nazirliyi koronavirusdan gün әrzindә daha 6  nәfәrin hәyatını itirdiyini vә epidemiyaya 780  nәfәrin dә yoluxduğunu açıqlayıb. Ölkәdә indiyәdәk koronavirusdan vәfat edәnlәrin sayı 1894-ә, infeksiyaya yoluxanların sayı isә 67 min 176-ya çatıb.

 



Әlaqәli Xәbәrlәr