İsrail BƏƏ və Bəhreyn arasında münasibətlərin normallaşdırılmasına dair müqavilə imzalanıb

İsrail ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn arasında "münasibətlərin normallaşması"na dair razılaşmalar ABŞ Prezidenti Donald Trampın Ağ Evdə təşkil etdiyi mərasimdə imzalanıb.

1491476

Mərasimdə Trampla yanaşı İsrailin Baş naziri Binyamin Netanyahu, BƏƏ-nin Xarici İşlər naziri Abdullah bin Zayid Al Nahyan və Bəhreynin Xarici İşlər naziri Abdullatif bin Rəşid əz-Zeyani qatılıb.
İsrail və BƏƏ ilə İsrail və Bəhreyn arasında normallaşma müqaviləsi imzalandıqda, 3 ölkə də "Abraham Accords" (İbrahim razılaşması) adlı mətni imzalayıb.
Təqdimat mərasimindəki çıxışında Tramp mərasimə qatılan liderlərə təşəkkür edərək, "Bu gün tarixin axarını dəyişdirmək üçün buradayıq. İllərcə davam edən bölünmə və qarşıdurmalardan sonra yeni Orta Şərqin başlanğıcındayıq" deyib.
Tramp bildirib ki, yeni müqavilələrin bağlanması ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl baş verə bilər. Onun sözlərinə görə, Bəhreyn, BƏƏ və İsrail arasındakı müqavilələr Orta Şərqdə “hərtərəfli sülhün əsası”nı qoyacaq.
ABŞ prezidenti Bəhreyn, BƏƏ və İsrail arasındakı razılaşmaların dünya müsəlmanlarına İsrail dövlətinin ərazisindəki ziyarətgahlara giriş açacağına əmin olduğunu da bildirib.

Әlaqәli Xәbәrlәr