Kəşmirdə qarşıdurma, bir uşaq ölüb

Kəşmirin Pakistanın nəzarətindəki hissəsində Hindistan hərbçilərinin açdığı atəş nəticəsində bir uşaq həlak olub.

1489949
Kəşmirdə qarşıdurma, bir uşaq ölüb

Kəşmirin Pakistanın nəzarətindəki hissəsində Hindistan hərbçilərinin açdığı atəş nəticəsində bir uşaq həlak olub. 

Pakistan ordusu Hindistan hərbçilərinin sentyabrın 11-də nəzarət xəttindəki Hotspring və Rakhchikri kəndlərinə səbəbsiz atəş açdığını bildirib. 

Hücum nəticəsində 11 yaşlı bir uşağın öldüyü, biri qadın olmaqla dörd kəndlinin də ağır yaralandığı vurğulanıb. Məlumatda bildirilib ki, Pakistan ordusu hücuma lazımı cavabı verib. 

Pakistan Xarici İşlər Nazirliyi də sərhəd xəttində açılan atəş səbəbdən Hindistanın diplomatik nümayəndəsinin nazirliyə çağırıldığını açıqlayıb. 

Hindistan ordusunun sözçüsü Devender Anand isə Pakistan ordusunun səmbə və bazar günləri Hindistanın sərdəd xəttindəki bəzi mövqelərini hədəf aldığını və Hindistan hərbçilərinin hücuma cavab verdiyini qeyd edib. Anand hücum zamanı Hindistan tərəfindən ölən və ya hadalananın olmadığını bildirib. 



Әlaqәli Xәbәrlәr