Dünyada koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 928 mini keçib.

1489906
Dünyada koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 928 min 67nı, virus yoluxanların sayı 29 milyon 201 mini, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 21 milyon 35 mini keçib.

Fransada epidemiya səbəbiylə son 24 saat ərzində daha 6 nəfərin həyatını itirməsilə insan itkisi 30 min 916, virusa yoluxanların sayı isə 7 min 183 artaraq, 381 min 94 olub.

ABŞ-da koronavirus infeksiyasına təsdiqlənmiş yoluxma hallarının sayı 6 milyon 708 mini keçib.

ABŞ-da ümumilikdə 6 501 904 nəfər koronavirusa yoluxub, 198 520 nəfər isə bu virusun qurbanına çevrilib. Ümumilikdə 2,43 milyondan çox insan sağalıb.

Braziliyada son 24 saat ərzində daha 14 768 nəfərin koronavirus infeksiyasına yoluxması, 415 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

İndiyədək Braziliyada koronavirusa ümumilikdə 4 330 455 nəfər yoluxub. Bu müddət ərzində 131 6663 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 3 573 958 xəstə müalicə olunaraq sağalıb.

İsrail hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün sərt karantin rejiminin üç həftə müddətinə bərpasına qərar verib.

Məlumata görə, məhdudiyyətlər 18 sentyabr saat 14:00-dan qüvvəyə minəcək və sakinlərin evlərindən 500 metrdən çox uzaqlaşmasına icazə verilməyəcək. Bundan başqa, restoran, otel, idman salonları və hovuzlar bağlanacaq.

Qeyd edək ki, İsraildə ümumilikdə 153,8 min nəfər koronavirusa yoluxub, 114,6 min nəfər müalicə olunaraq sağalıb, 1,1 min insan isə virusun qurbanına çevrilib.

35 min 610 insan itkinin olduğu İtaliyada daha min 458 nəfərə "Covid-19" diaqnozu qoyulub. Epidemiyanın başlanğıcından bəri virusa yoluxan insanların sayı 287 min 753 nəfərə çatıb. 20 inzibati bölgəyə bölünən ölkənin 13 inzibati bölgəsində 5.6 milyon şagird üçün bu gün tədris ili başlayır.
Avstraliyada ən yüksək ölüm və koronavirüs hadisəsinin qeydə alındığı Viktoriyada daha 7 nəfərin ölümü ilə, ölkədə virusdan ölənlərin sayı 817, xəstələrin sayı isə 26 min 651 nəfər olub.

Hindistanda son 24 saat ərzində min 136 nəfərin ölümü ilə "Covid-19"dan ölənlərin sayı 79 min 754-ə yüksəlib. 92 min 71 yeni "Covid-19" hadisəsi aşkarlanıb. Ölkədə ümumi yoluxma sayı 4 milyon 846 min 427-yə yüksəlib.
İnfeksiyadan 4 min 268 nəfərin həyatını itirdiyi Səudiyyə Ərəbistanı koronavirus tədbirləri daxilində ilin əvvəlindən ölkəyə giriş və çıxışdakı bütün məhdudiyyətləri aradan qaldıracağını açıqlayıb. Dövlət qulluqçularının, iş adamlarının, xəstələrin, humanitar şəraiti olan insanların və tələbələrin bu vəziyyətdən 15 sentyabr (sabah) tarixinə qədər azad edildiyi bildirilib.

Rusiyada "Covid-19"a yoluxanların sayı 1068320 nəfərə çatıb.Son 24 saat ərzində 57 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 18 635 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

İnfeksiya səbəbiylə İngiltərədə 41 min 628, Peruda 30 min 710, İspaniyada 29 min 747, Kolumbiyada 22 min 924, Çilidə 11 min 949, Argentinada 11 min 352 nəfər ölüb..



Әlaqәli Xәbәrlәr