ÜST koronavirus peyvəndlənməsinə dair açıqlama verib

Qebreyesus yeni növ koronavirus (Covid-19) üçün çox perspektivli peyvənd namizədinin olduğunu, bunların yalnız "təsirli" və "təhlükəsiz" olduqları təsdiqləndiyində istifadə ediləcəyini bildirib.

1485119
ÜST koronavirus peyvəndlənməsinə dair açıqlama verib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus yeni növ koronavirus (Covid-19) üçün çox perspektivli peyvənd namizədinin olduğunu, bunların yalnız "təsirli" və "təhlükəsiz" olduqları təsdiqləndiyində istifadə ediləcəyini bildirib.
Qebreyesus ÜST-ün İsveçrənin Cenevrə şəhərindəki mənzil-qərargahında təşkil olunan mətbuat konfransında videokonfransdan istifadə edərək "peyvənd əleyhinə hərəkətlə" insanlarda sual işarələrinin olmamasının vacibliyini dilə gətirib.
Peyvənd işləri ilə uşaq ölümlərinin azaldıldığını bildirən Qebreyesus, çiçək kimi xəstəliklərin peyvəndlərlə aradan qaldırıldığını da xatırladıb.
Kongo Demokratik Respublikasında Ebola epidemiyasının peyvənd işləri ilə də dayandırıldığını qeyd edən Qebreyesus "Covid-19" üçün peyvənd araşdırmalarında bir çox ümidverici peyvənd namizədimiz var. Yalnız təsirli və təhlükəsiz olduqları zaman istifadə ediləcəklər, dünyanı əmin etmək istədiyim budur" deyib.
Ölkələrə "peyvənd millətçiliyi" mövzusunda xəbərdarlıq da edən Qebreyesus "Peyvəndlərin qlobal ictimai element olaraq istifadə edilməsi hər ölkənin milli mənafeyinə xidmət edir. Peyvənd millətçiliyi epidemiyanın müddətini qısaltmayacaq, uzadacaq. Bir daha deyirəm, milli birlik və qlobal həmrəyliklə bu epidemiyaya son qoya bilərik və bitirəcəyik" ifadələrini işlədib. 



Әlaqәli Xәbәrlәr