Dünyada koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 877 mini keçib.

1485112
Dünyada koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 877 mini keçib. Virusa yoluxanların sayı 27  milyona, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 19 milyona yaxınlaşıb.
41 min 537 insan itkisi ilə epidemiyanın Avropadakı mərkəz olan İngiltərədə son 24 saat ərzində min 940 yoluxma aşkarlanıb, bununla da virusa yoluxanların ümumi sayı 342 min 351-ə yüksəlib. Ölkədə 8 avqust - 3 sentyabr tarixləri arasında orta hesabla gündəlik yeni xəstə sayı təxminən 1 300 olub.

Fransada son 24 saat ərzində 8975 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, bu, epidemiya başlayandan bəri rekord göstəricidir.

Qeyd edək ki, Fransada bu günədək koronavirusdan 30 686 nəfər ölüb.

İtaliyada son 24 saat ərzində koronavirusa yoluxanların sayı 1 700 nəfəri keçib.

İtaliyada son bir gün ərzində koronavirus infeksiyasından 11 nəfər ölüb.

İranda son 24 saat ərzində 118 nəfər koronavirusdan ölüb.

İranda ötən 24 saat ərzində 2026 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 382772 nəfərə çatıb. Virus daşıyıcılarından 3695 nəfərin vəziyyəti ağır qiymətləndirilir. İndiyədək  330308  nəfər isə koronavirusdan sağalıb.

İraqda yeni növ koronavirusa gündəlik yoluxma hallarının sayı ilk dəfə 5 mini ötüb.

Son gündə 5 036 yeni "Coüvid-19" hadisəsi qeydə alınıb, 3 611 nəfər sağalıb, 84 xəstə ölüb.

Beləliklə, İraqda koronavirusa yoluxanların sayı 252 mini keçib, bunlardan 191 mindən çoxu sağalıb. Ümumilikdə 7 359 nəfər koronavirusla əlaqəli xəstəliklərdən ölüb.

Fələstin ərazilərində "Covid-19" infeksiyasından ümumi insan itkisi 192-yə, yoluxmaların sayı 32 817-yə yüksəlib. Ölkədə fövqəladə vəziyyət (OHAL) müddətinin daha 30 gün uzadılması qərara alınıb.
Bölgədə fövqəladə vəziyyət işğal altındakı İordan çayının qərb sahılının Beytüllahim şəhərində martın 3-də, ilk virus yoluxmasının qeydə alınmasından sonra elan edilib.

Rusiyada son 24 saat ərzində 5 205 nəfər koronavirusa yoluxub.

“Report” xəbər verir ki, məlumatı ölkənin Operativ Qərargahı yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların ümumi sayı 1 020 310 nəfərə çatıb. Son 24 saat ərzində 110 nəfər virusdan ölüb və koronavirusdan vəfat edənlərin sayı 17 759 nəfərə yüksəlib. 838 126 pasiyent koronavirusdan sağalıb.



Әlaqәli Xәbәrlәr