Tedros Adhanom Qebriyesus epidemiya ilә mübarizә mәsәlәsini qiymәtlәndirib

Ümumdünya Sәhiyyә Tәşkilatının rәhbәri Tedros Adhanom Qebriyesus  tәşkilatın İsveçrәnin Cenevrә şәhәrindәki mәrkәzi qәrargahında videokonfrans yolu ilә mәtbuat konfransı keçirib.

1482438
Tedros Adhanom Qebriyesus epidemiya ilә mübarizә mәsәlәsini qiymәtlәndirib

 

Ümumdünya Sәhiyyә Tәşkilatının rәhbәri Tedros Adhanom Qebriyesus  tәşkilatın İsveçrәnin Cenevrә şәhәrindәki mәrkәzi qәrargahında videokonfrans yolu ilә keçirdiyi mәtbuat konfransında insanların epidemiya sәbәbindәn artıq yorulduqlarını vә normal hәyatlarına davam etmәk istәdiklәrini bildirib.

Ölkәlәrin iqtisadiyyatlarını canlandırmak, mәktәblәri açmaq vә insanların işlәrinә geri dönmәsini istәdiklәrini bildirәn Qebriyesus deyib: ‘‘Bunun tәhlükәsiz şәkildә hәyata keçirilmәsini istәyirik.Nәzarәtsiz atılan addımlar fәlakәtә sәbәb ola bilәr. Heç bir ölkә pandemiya sona çatdı kimi hәrәkәt edә bilmәz. Hәqiqәt budur ki, koronavirus asanlıqla yayılır. Ölkәlәr normal hәyata dönmәk mәsәlәsindә ciddidirlәrsә hәyatları xilas etmәk mәsәlәsindә dә ciddi olmaq mәcburiyyәtindәdirlәr’’.



Әlaqәli Xәbәrlәr