Dünyada koronavirusa yoluxanların sayı 23 milyon nəfərə yaxınlaşıb

Virusa yoluxanların sayı 22 milyon 862 min 670, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 15 milyon 815 mini keçib.

1476563
Dünyada koronavirusa yoluxanların sayı 23 milyon nəfərə yaxınlaşıb

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 797 min 271-i keçib, virusa yoluxanların sayı 22 milyon 874 min 533, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 15 milyon 527 min 220-ni keçib.

Epidemiyadan ən çox təsirlənən ABŞ-da ölənlərin sayı 177 min 424, virusa yoluxanların sayı 5 milyon 746 min 272 olub.

Braziliyada son 24 saat  ərzində daha 45 323 nəfərin koronavirus infeksiyasına yoluxması, 1204 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

İndiyədək Braziliyada koronavirusa ümumilikdə 3 501 975 nəfər yoluxub. Bu müddət ərzində 112 423 koronaviruslu xəstə dünyasını dəyişib.

Ölkədə virusa yoluxma sayı 45 min 323 artaraq 3 milyon 505 min 97-yə çatıb.

Meksikada son 24 saat ərzində yeni növ koronavirus infeksiyasından (COVID-19) 625 ölüm faktı qeydə alınıb.

Ölkədə indiyədək ümumilikdə 543 806 nəfərdə koronavirus aşkar olunub ki, onlardan 59 106 nəfər dünyasını dəyişib. Hökumət virusa yoluxmuş insanların real sayının təsdiqlənmiş yoluxma hallarından daha çox olduğunu ehtimal edir.

Avropadakı epidemiyanın mərkəzi olan İngiltərədə ölənlərin sayı 41 min 403-ə, yoluxma hadisələrinin sayı 322 min 380 olaraq qeydə alınıb.
Virus səbəbiylə insan itkisi: İtaliyada 35 min 418, Fransada 30 min 480, İspaniyada 28 min 813 olub.
Kanadada son bir həftə ərzində "Covid-19" enfeksiyası  nəticəsində 50 nəfər ölüb. Ölkədə həyat itkisi 9 min 54 olaraq qeyd edilib. Kanadada 122 min 376 olan müsbət yoluxma faktı eyni dövrdə 3 min 19 artaraq 125 min 395-ə çatıb.

Ən çox yoluxma hadisələrinə görə üçüncü ölkə olan Hindistanda "Covid-19" səbəbiylə ölənlərin sayı 55 min 2 olub. Ölkədəki yoluxmaların sayı isə 2 milyon 910 min 32-yə yüksəlib.
Rusiyada virus səbəbiylə həyat itkisi 16 min 189-a çıxıb. Ölkədə aşkarlanan "Covid-19"dan yoluxma sayı 946 min 976 olub.
Afrika qitəsində epidemiyadan son 24 saat ərzində daha 333 ölüm hadisəsi ilə virusdan həlak olanların sayı 27 min 18-yə çakıb. Qitədə 10 min 411 yeni hadisənin aşkarlanması iləvirusun yoluxduğu insan sayı 1 milyon 162 min 148-ə yüksəlib.
Bu günə qədər "Covid-19" qaynaqlı ən çox insan itkisi 12 min 618 ölümlə Cənubi Afrika, 5 min 212 ölümlə Misir və 1411 Əlcəzairdə qeydə alınıb. 
Virusdan insan itkisinin 113 olduğu Livanda, fələstinli qaçqınlar arasında "Covid-19" diaqnozu qoyulan xəstələrin sayı 28-dən 244-ə yüksəlib.

 



Әlaqәli Xәbәrlәr