Lukaşenko yeni hökumətin tərkibini təsdiqləyib

Belarusda müxalifətin və Lukaşenko tərəfdarlarının nümayişləri davam edir.

1475892
Lukaşenko yeni hökumətin tərkibini təsdiqləyib

Belarusda müxalifətin və Lukaşenko tərəfdarlarının nümayişləri davam edir.

Belarus Prezidenti Aleksandr Lukaşenko hökumətin zavod girişlərində mitinq keçirənlərlə bağlı tədbir görəcəyini bildirib.

Lukaşenko etiraz aksiyalarına qoşulmayan işçilərə təşəkkür edib. O, ölkədə mürəkkəb ictimai-siyasi vəziyyətin qalmaqda davam etdiyini qeyd edib.

Lukaşenko Qərbi Belarusdakı aksiyaları maliyyələşdirməkdə ittiham edib və bunun ortaya çıxarılması üçün fəaliyyətlərin davam etdiyini bildirib.

O, Avropa İttifaqının liderlərini Belarusdakı vəziyyəti müzakirə etməməyə, öz ölkələrindəki problemlərə diqqət yetirməyə çağırıb.

Digər tərəfdən, Lukaşenko yeni hökumətinin tərkibini də təsdiqləyib. Prezident Roman Qolovçenkonu hökumətin rəhbəri vəzifəsində saxlayıb. 

Qeyd edək ki, indiki vəziyyətdə namizədlik parlamentin aşağı palatası ilə razılaşdırılmalıdır.



Әlaqәli Xәbәrlәr