“Sevr Müqaviləsi ölüb, bunu qəbul etmələri lazımdır”

Coni Messonun (Johny Messon) başçılığı ilə şuranın ümumi şərhində yazılır

1471608
“Sevr Müqaviləsi ölüb, bunu qəbul etmələri lazımdır”

 

  Ümumdünya Assurilər Şurası (WCA) Sevr Müqaviləsini bir "döyüş bəhanəsi" görən YPG/PKK bölücü terror təşkilatının bunun “ölü bir müqavilə” kimi qəbul etmələri lazım olduğunu bildirib.

  Coni Messonun (Johny Messon) başçılığı ilə şuranın ümumi şərhində yazılır: “Birinci Dünya Müharibəsindən sonra Antanta dövlətləri və Osmanlı hökuməti arasında 10 avqust 1920-ci ildə imzalanan Sevr Müqaviləsinin bir döyüş nərəsi olaraq istifadə edilməsinə son qoyulmalıdır. Bu qısaömürlü müqavilə tarixi və hüquqi gerçəklərindən uzaq idi. 100 il bundan əvvəl imzalanan bir müqavilə artıq ölü olaraq qəbul edilməlidir. Belə ki, huquqi olaraq 24 iyul 1923-cü ildə Lozanna Müqaviləsinin imzalanmasıyla Sevr Müqaviləsi etibarlılığını itirib.

  Bu gün PKK Türkiyənin cənub-şərqindən, Suriyanın şimal-şərqindən və İraqın şimalından Türkiyəyə qarşı terror hərəkətləri edir, təşkilatın Suriya qolu YPG/PYD də Suriyada əl altından bir kürd dövləti yaradır. Bir sıra Qərb ölkələri və mediasından dəstək alan bu qeyri-qanuni silahlı qruplar bir tərəfdən Türkiyə və Suriyanın torpaq bütövlüyünü təhdid edərək regional qarşıdurmaları artırır, digər tərəfdən assuriləri ata yurdlarında təcavüz edir. 100 il əvvəl ölən bir müqavilə bu hərəkətlərə qanuni dayaq ola bilməz”.



Әlaqәli Xәbәrlәr