Dünyada koronavirusa yoluxanların sayı 20 milyonu ötüb

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 733 min 363-ü keçib. Virusa yoluxanların sayı 20 milyon 267 min 512-yә çıxıb.

1470887
Dünyada koronavirusa yoluxanların sayı 20 milyonu ötüb

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 733 min 363-ü keçib. Virusa yoluxanların sayı 20 milyon 267 min 512-yә çıxıb. Dünyada koronavirus infeksiyasından müalicə olunaraq sağalan insanların sayı isә 13 milyon 197 min 603 olub.
Epidemiyadan ən çox zərər görən ölkə ABŞ-da 5 251 446 yoluxma, 166 min 192 ölüm faktı qeydə alınıb.
Latın Amerikasında "epidemiyanın mərkəzi" olaraq adlandırılan Braziliyada son 24 saatda 703 insanın ölümü ilə ölkədə virusla əlaqəli ölüm hallarının sayı 101 min 857-yə yüksəlib, yoluxmaların sayı 22 min 48 artaraq 3 milyon 57 min 470-ә yüksəlib.
Meksikada son 24 saatda "Covid-19"dan insan itkisi 705 artaraq 53 min 3-ə çatıb. "Covid-19" infeksiyasına yoluxma  sayı 5558 artaraq 485 836 olub.
Peruda virusla əlaqəli ölüm sayının 21 min 276, yoluxma hallarının sayının 483 min 133 olduğu bildirilib.
Çilidə insan itkisi 10 min 139 olub. Ölkәdә virusa yoluxan insan sayı isә sayı 375 min 44-ә yüksəlib.
88 ölüm və bu günə qədər təxminən 3 min yoluxma hadisənin aşkarlandığı Kubada "Covid-19" ilә әlaqәdar qadağaların lәğv edilmәsindәn 24 saat sonra 93 yeni koronavirus hadisəsi aşkarlanıb. İctimai nəqliyyat dayandırılıb və çimərliklər yenidən qadağan edilib.
Avropada epidemiyanın mərkəzi olan İngiltərədə virus səbəbiylə ölənlərin sayı 46 min 526 olub. 311 min 641 yoluxma qeydə alınıb.
İtaliyada "Covid-19" infeksiyası səbəbindən 35 min 209 nəfər ölüb. Virus 250 min 825 nəfərә yoluxub.
Virusdan ölənlərin sayı Fransada 30 min 340, Almaniyada 9 min 265-ә yüksәlib. 
"Covid-19" səbəbiylə müalicə altına alınan daha 19 adamın Avstraliyanın Viktoriya şəhərində öldüyü açıqlanıb. Bununla da həyat itkisi ölkə daxilində 332-ә yüksәlib.

Virus səbəbiylə digər ölkələrdə qeydə alınan insan itkisi sayı belədir:
İspaniya 28 min 576, Kolumbiya 13 min 154, Belçika 9 min 879, Kanada 8 min 987, Hollandiya 6 min 157, Ekvador 5 min 932, İsveç 5 766.

Dünyada ən çox insanın virusa yoluxduğu üçüncü ölkə olan Hindistanda "Covid-19"dan həlak olanların sayı 45 min 361-ə, virusun yoluxduğu insan sayı isə 2 milyon 269 min 52-yə yüksəlib.
Son 24 saat ərzində Afrika qitəsində epidemiya səbəbindən ölənlərin sayı 319 artaraq 23 min 643, yoluxanların sayı 8 min 914 artaraq 1 milyon 61 min 98-ə çıxıb. 
Bu günə qədər "Covid-19"dan qaynaqlanan ən çox insan itkisi 10 min 621 ölümlə Cənubi Afrika, 5 min 35 ölümlə Misir və 1312 ölümlə Əlcəzairdə qeydə alını. Afrikada virusa yoluxan 747 min 414 adam isə sağalıb.
Virus səbəbindən Pakistanda 6 min 112, İndoneziyada 5 min 765, İraqda 5 min 464 adam həyatını itirdib.

 



Әlaqәli Xәbәrlәr