Rusiyanın iki yük təyyarəsinin Sirte şəhərinə endiyi bildirilib

Liviya ordusu Rusiyanın iki yük təyyarəsinin avqustun 9-da ölkənin şərq hissəsindəki Hafterin silahlılarının nəzarətində olan Sirte şəhərinə endiyini açıqlayıb.

1469892
Rusiyanın iki yük təyyarəsinin Sirte şəhərinə endiyi bildirilib

Liviya ordusu Rusiyanın iki yük təyyarəsinin avqustun 9-da ölkənin şərq hissəsindəki qanunsuz silahlı qüvvələrin başçısı Xəlifə Hafterin silahlılarının nəzarətində olan Sirte şəhərinə endiyini açıqlayıb.
Sirte və Cufra Birgə Əməliyyat İdarəsinin sözçüsü general Abdulhadi Dırah həmin təyyarələrin Sirte şəhərindəki Gardabiya Beynəlxalq Hava Limanına endiyini bildirib.
Təyyarələrin hərbi yük təyyarələri olduğunu ifadə edən Dırah daşıdıqları yüklə əlaqədar ətraflı məlumat olmadığını, ancaq bunun hərbi sursat olduğunu təxmin etdiklərini söyləyib.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir, Fransa və Rusiya tərəfindən dəstəklənən Xəlifə Hafter paytaxt Trablusu ələ keçirmək üçün 2019-cu il aprelin 4-də silahlılarına hücum üçün göstəriş verib, ölkəni zorakılıq hadisələrilə qarşı-qarşıya qoyub.
Martın 25-də Hafter milislərinə qarşı başlayan "Barış Fırtınası" əməliyyatı çərçivəsində Liviya ordusu iyunun 3-də paytaxt Trablusun bütün idari sərhədlərində və 5 iyunda isə strateji Terhune şəhərinin bütün inzibati sərhədlərinə nəzarəti ələ keçirib.
İyunun 6-da ordu Sirte, Cufra Hərbi Hava Bazası və ətraf əraziləri Hafterə sadiq milislərdən xilas etmək üçün "Qələbə Yolları" adlı yeni əməliyyatın başlandığını  elan edib və həmin bölgədə yerləşib.



Әlaqәli Xәbәrlәr