Koronavirusa yoluxanların sayı 20 milyona yaxınlaşıb

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 732 min 777-ni keçib.

1469894
Koronavirusa yoluxanların sayı 20 milyona yaxınlaşıb

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 732 min 777-ni keçib. Virusa yoluxanların sayı 20 milyona yaxınlaşıb. Dünyada koronavirus infeksiyasından müalicə olunaraq sağalan insanların sayı isә 12 milyon 850 min olub.

Epidemiyadan ən çox zərər görən ölkə ABŞ-da 5 196 521 yoluxma, 1 655 64 ölüm faktı qeydə alınıb.

Latın Amerikasında ən çox "Covid-19"hadisəsi və ölüm hallarına sahib olan Braziliya dünyada yoluxma sayına görə ikinci ölkədir – 3 035 422 nəfər.

Ən çox yoluxma sayına görə dünya miqyasında üçüncü ölkə olan Hindistanda infeksiyadan ölənlərin sayı 44 min 466-ya, yoluxmaların sayı isə 2 milyon 215 minə çatıb.
Rusiyada ölənlərin sayı 14 min 931-ə, virus aşkarlanan insan sayı isə 887 min 536-ya yüksəlib.
İranda ölənlərin sayı 18 min 427, yoluxmaların sayı isə 326 min 712-ə çıxıb.
Mərakeşdə epidemiya səbəbiylə ölənlərin sayı 498, yoluxmaların sayı 33 min 237-ə çıxıb.
"Covid-19" səbəbiylə İordaniyada 11 nəfər ölüb, yoluxma faktlarının sayı 252 olub.
Yeni növ koronavirus epidemiyası səbəbindən 103 nəfərin öldüyü Fələstində virusun yoluxduğu adam sayı 18 min 651 olub.
Koronavirus epidemiyasında son 24 saat ərzində Çində 49, Cənubi Koreyada 28 yeni yoluxma aşkarlanıb.

Son 24 saat ərzində Pakistanda 634 nəfər koronavirusa yoluxub.

Bununla da xəstəliyə yoluxanların sayı 284 min 121 nəfərə çatıb.

Son 24 saatda 14 xəstə vəfat edib və ölənlərin sayı 6 min 82 nəfər olub.

Bildirilir ki, xəstəxanalarda hazırda 17 min 791 pasiyent var və bunlardan 791 xəstənin vəziyyəti ağırdır.



Әlaqәli Xәbәrlәr