Çində yeni öldürücü virus peyda olub və yayılmaqdadır

Çində gənələr vasitəsi ilə yayılan SFTS virusunun yayılması halları qeydə alınıb

1469459
Çində yeni öldürücü virus peyda olub və yayılmaqdadır

 

  Çində gənələr vasitəsi ilə yayılan SFTS virusunun yayılması halları qeydə alınıb.

  "Global Times"ın yazdığına görə, Çində indiyədək 60 nəfər yeni öldürücü virusa yoluxub, 7 nəfər həyatını itirib.

  İnfeksiya əvvəlcə Szyansu əyalətində aşkarlanıb, sonra isə Anhoy əyalətinin sakinləri arasında da virusa yoluxma halları müşahidə olunub. Öskürək, yüksək temperatur, həmçinin qanda leykosit və trombosit səviyyəsinin aşağı düşməsi xəstəliyin əsas əlamətlərindəndir.

  İlk dəfə 2011-ci ildə aşkarlanan SFTS virusu həm gənələrdən, həm də infeksiyaya yoluxmuş şəxsdən qan və ya ağız suyu vasitəsi ilə digər insana keçir.



Әlaqәli Xәbәrlәr