Livan: nümayişlər, deputatların istefaları...

Avqustun 4-də Beyrutda baş vermiş partlayışdan sonra iqtisadi-sosial vəziyyətin daha da pisləşdiyi, humanitar fəlakətin yaşandığı Livan paytaxtında əhali küçələrə çıxıb

1469460
Livan: nümayişlər, deputatların istefaları...

 

  Avqustun 4-də Beyrutda baş vermiş partlayışdan sonra iqtisadi-sosial vəziyyətin daha da pisləşdiyi, humanitar fəlakətin yaşandığı Livan paytaxtında əhali küçələrə çıxıb. Təxminən 5 min nümayişçi Beyrutun Şəhidlər meydanına çıxaraq parlamentin binasına doğru irəliləyib.

  Nümayiş iştirakçıları ilə polis arasında qarşıdurma olub. Parlamentin binasına yürüyən iştirakçılara qarşı bibər qazından istifadə edilib. Mitinq iştirakçıları Həsən Diyabın rəhbərlik etdiyi hökumətin istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər. Bir qrup nümayişçi qanunverici orqanın binasına daxil olub.

  Livan Qırmızı Xaç Cəmiyyəti iğtişaşlarda 130 nəfərin, o cümlədən polis əməkdaşlarının yaralandığı bildirib.

  Livan parlamentinin 3 deputatı hökumətin siyasətinə etiraz əlaməti olaraq istefa verib. Həmçinin əsas müxalifət partiyası olan “Katayib”in sədri Sami Cmayelin insanları etiraz aksiyasını davam etdirməyə çağırdığı bildirilir.



Әlaqәli Xәbәrlәr