Beyrut limanında baş verən partlayışda ölənlərin sayı 135 nəfərə çatıb

Livanın Beyrut limanında baş verən partlayışda ölənlərin sayı 135 nəfərə çatıb.

1467814
Beyrut limanında baş verən partlayışda ölənlərin sayı 135 nəfərə çatıb

Livanın Beyrut limanında baş verən partlayışda ölənlərin sayı 135 nəfərə çatıb.
Səhiyyə naziri Hamad Həsən "Beyrut Limanında baş verən partlayışda ölənlərin sayı 135-ə yüksəlib. Dağıntılar altında 5 minə yaxın yaralı var və onlarla insan da itkin düşüb" deyib.
Digər tərəfdən, Livanın İqtisadiyyat və Ticarət naziri Raul Adı partlayışdan sonra ölkədə un və çörək qıtlığı olacağı iddiaları ilə əlaqədar olaraq, "Bazardakı unun miqdarının uzun müddətə ehtiyacı ödəyəcəyinə əminik. Un və çörək böhranı yoxdur" deyib.
Livandakı Beyrut Limanında baş verən partlayış səbəbiylə Ali Müdafiə Şurası paytaxt Beyrutu "fəlakət zonası" elan etmişdi.



Әlaqәli Xәbәrlәr