Sabiq baş nazirin evinin yaxınlığında güclü partlayış baş verdi

İlkin məlumata görə, 10 nəfər həyatını itirib, xeyli sayda adam xəsarət alıb

1467024
Sabiq baş nazirin evinin yaxınlığında güclü partlayış baş verdi

 

  Avqustun 4-də Livanın paytaxtı Beyrutda sabiq baş nazir Saad əl-Həririnin evinin yaxınlığında güclü partlayış baş verib.

  İlkin məlumata görə, 10 nəfər həyatını itirib, xeyli sayda adam xəsarət alıb. Partlayışın təsirindən sabiq baş nazirin evinə və ətrafdakı evlərə ciddi ziyan dəyib. Bundan başqa, hökumət binasına da ciddi ziyan dəydiyi bildirilir.

  Ölkənin rəsmi informasiya agentliyi LANA Beyrut limanında partlayıcı maddələrin saxlanıldığı anbarda yanğın baş verdiyi barədə məlumat yayıb. Şahidlər ətrafda şiddətli partlayış səslərinin eşidildiyini qeyd ediblər.

  Həririnin vəziyyətinin yaxşı olduğu bildirilib.



Әlaqәli Xәbәrlәr