İmran Xan gündәmdәki aktual mәsәlәlәri qiymәtlәndirib

Pakistan baş naziri İmran Xan İran vә Sәudiyyә Әrәbistanı arasında yaşanan qarşıdurmaya münasibәt bildirib.

1466466
İmran Xan gündәmdәki aktual mәsәlәlәri qiymәtlәndirib

 

 

Pakistan baş naziri İmran Xan İran vә Sәudiyyә Әrәbistanı arasında yaşanan qarşıdurmaya münasibәt bildirib.

Әl-Cәzirә telekanalına müsahibә verәn İmran Xan ölkәsinin Orta Şәrqlә bağlı mövqeyini qiymәtlәndirib.

İmran Xan bildirib ki, İran ilә Sәudiyyә Әrәbistanı arasında baş verәcәk qarşıdurma bölgә üçün yaşana bilәcәk әn pis ssenaridir.

Ölkәsinin bunun qarşısını almağa çalışdığını ifadә edәn İmran Xan deyib: ‘‘Tehran vә Әr-Riyad rәhbәrliklәri arasında vasitәçiliyimiz davam etsә dә yavaş irәlilәyir’’.

Xan müsәlmanların Hindistanda mәruz qaldığı ayrı-seçkiliyә dә toxunaraq qeyd edib ki, Hindistanda müsәlmanlara edilәn yәhudilәrin nasist Almaniyasında yaşadığına  bәnzәyir.

Yәmәndәki vәziyyәti dә qiymәtlәndirәn Xan bölgәdә yaşananları ‘‘humanitar böhran’’ adlandırıb.

Baş nazir İmran Xan ölkәsi ilә Türkiyә arasındakı ikitәrәfli münasibәltәr ilә bağlı deyib: ‘‘Türkiyә ilә iqtisadi әmәkdaşlığımızı güclәndirәrәk münasibәtlәrimizi daha da inkişaf etdirmәk istәyirik’’.



Әlaqәli Xәbәrlәr