Liviya ordusu döyüşərkən tutulan uşaqlardan bəzilərinin sərbəst buraxıldığını açıqlayıb

Liviya ordusu ölkənin şərqindəki qanunsuz silahlı qüvvələrin lideri sıralarında döyüşərkən tutulan bəzi uşaqların sərbəst buraxıldığını açıqlayıb.

1464284

 Bununla bağlı məlumat Liviya hökumətinin həyata keçirdiyi "Qəzəb vulkanı" əməliyyatnın "Facebook" hesabında yer alıb.
Açıqlamada sərbəst buraxılan uşaqların sayı barədə məlumat verilməyib.
Liviya hökuməti Hafter qüvvələrinin Trablusa hücumları zamanı "uşaq döyüşçülər"dən istifadə etməkdə ittiham edir.
Xatırladaq ki, Hafter 4 aprel 2019-cu ildə paytaxt Trablusu ələ keçirmək üçün hücum əmri verdi və Liviya ordusuna bağlı qoşunlar əks əməliyyata başladı. 2011-ci ildən bəri legitimlik böhranının yaşandığı Liviyada beynəlxalq səviyyədə tanınan hökumət qoşunları ilə Xəlifə Hafterə sadiq silahlı qüvvələri arasında qarşıdurmalar davam edir.

Әlaqәli Xәbәrlәr