Malayziya 14 günlük karantin rejimini bərpa edib, amma əvvəlkindən fərqli şəkildə

“The Star” qəzeti xəbər verir ki...

1459439
Malayziya 14 günlük karantin rejimini bərpa edib, amma əvvəlkindən fərqli şəkildə

 

  Malayziya hökuməti ölkəyə gələnlər üçün korona virusu pandemiyasına görə 14 günlük karantin rejimini bərpa edib.

  “The Star” qəzeti xəbər verir ki, bu qayda ölkəyə gələn bütün şəxslərin mehmanxanalarda və ya karantin mərkəzlərində qalmasını nəzərdə tutur.

  Xatırladaq ki, Malayziyada ölkəyə qayıdan vətəndaşların karantin rejimini mehmanxana və karantin mərkəzlərində deyil, evlərdə gözləməsi barədə qərar iyunun 10-da tətbiq edilmişdi.

  Dünya üzrə epidemioloji vəziyyətin ağır olması, həmçinin Malayziyaya qayıdanlar arasında virusa yoluxanların kütləvi yayılma mənbəyi yaratması təhlükəsi nəzərə alınaraq mehmanxanalarda və karantin mərkəzlərində icbari karantinin tətbiqi barədə qərar iyulun 24-də qüvvəyə minəcək. Bu barədə Malayziya hökumətinin baş naziri İsmail Sabri Yakob məlumat verib. Bildirilir ki, icbari karantindən yalnız Malayziya vətəndaşları deyil, ölkəyə qayıdan əcnəbilər də keçəcəklər. Bu zaman, ölkəyə dönən Malayziya vətəndaşlarının olduqları xarici ölkələrdə uçuşa 3 gün qalmış analiz verməsinə ehtiyac olmayacaq. Lakin bu qayda əcnəbilərə tətbiq edilməyəcək.

  Əlavə olaraq qeyd edək ki, pandemiyanın başlamasından bu günədək Malayziyada ümumilikdə 8815 nəfər korona virusuna yoluxub. Onlardan 8562-si sağalıb, 123 nəfər həyatını itirib.



Әlaqәli Xәbәrlәr