Almaniya ordusunda silah-sursat itkisi çaxnaşma yaradıb

Almaniya mediasında çıxan xəbərlərə görə

1457430
Almaniya ordusunda silah-sursat itkisi çaxnaşma yaradıb

 

  Almaniya mediasında çıxan xəbərlərə görə, on minlərlə gülləlik sursatla əlaqədar istintaq başlanıb.

  Ölkənin Müdafiə Nazirliyinin sözçüsü silah-sursatın itmə səbəbinin hələ məlum olmadığını söyləyərək deyib: "Ortada bir cinayət işi var. Sözügedən hadisəyə baş prokurorluq da müdaxilə edə bilər… Ordu inventarında müxtəlif kalibrlərdə təxminən 60 min güllə itib”.

  Qeyd edək ki, Almaniya mediası 2010-cu ildən bu yana 60 min gülləlik sursatın itməsi barədə yazdıqdan sonra hökumət məsələni araşdırmağa başlayıb.



Әlaqәli Xәbәrlәr