Avropa nazirləri Trampa “fon” olmaq istəmirlər

Bu barədə Almaniya Xarici İşlər Nazirliyindən bildiriblər

1453476
Avropa nazirləri Trampa “fon” olmaq istəmirlər

 

  ABŞ paytaxtında iyulun 29-na planlaşdırılan G7 ölkələri nazirlərinin görüşü Almaniya nazirlərinin iştirakı olmadan keçiriləcək. Bu barədə Almaniya Xarici İşlər Nazirliyindən bildiriblər.

  AFR-in xarici işlər naziri Hayko Maas və maliyyə naziri Olaf Şolts görüşdə iştirakdan imtina ediblər. Buna baxmayaraq, Bundestaq protokol qaydalarını pozmamaq və ABŞ-la onsuz da gərgin münasibətləri daha da kəskinləşdirməmək üçün müvafiq qurumlardan stats-katiblərdən ibarət “ikinci heyəti” okeanın o tayına göndərməyə hazır olduğunu bildirib.

  “Böyük yeddiliy”in digər ölkələri də səfərdən imtina ediblər. Buna görə də istisna deyil ki, nazirlər səviyyəsində görüş keçirilməyə bilər.

  Amerika tərəfi də inadkarlıq göstərir və görüşün videokonfrans formatında keçirilməsi imkanına baxmaqdan imtina edir.

  Bununla belə, görünür, burada söhbət təkcə korona virusundan getmir. Avropa İttifaqındakı müşahidəçilər haqlı olaraq belə hesab edirlər ki, prezident Donald Tramp bu tədbirdən özünün seçkiqabağı kampaniyasının bir hissəsi kimi istifadə etmək istəyir. Almaniyanın “Der Spiegel” jurnalı yazır ki, Tramp “Dialoqdan daha çox şouda maraqlıdır”. Avropalı nazirlər isə Trampın seçkiqabağı kampaniyasında “fon” olmaq istəmirlər.



Әlaqәli Xәbәrlәr