Srebrenitsa soyqırımından 25 il ötür

1995-ci ildǝ Srebrenitsada törǝdilǝn soyqırımdan qurtulmaq  istǝyǝn bosniyalıların Tuzlaya getmǝk üçün istifadǝ etdiklǝri marşrutda keçirilǝn ‘‘Sülh yürüşü’’ Potaçari qǝbristanlığında sona çatıb.

1453141
Srebrenitsa soyqırımından 25 il ötür

 

1995-ci ildǝ Srebrenitsada törǝdilǝn soyqırımdan qurtulmaq  istǝyǝn bosniyalıların Tuzlaya getmǝk üçün istifadǝ etdiklǝri marşrutda keçirilǝn ‘‘Sülh yürüşü’’ Potaçari memorial qǝbristanlığında sona çatıb.

Soyqırımın 25-ci ildönümündǝ keçirilǝn yürüşǝ  bu il yeni növ koronavirus epidemiyası sǝbǝbindǝn 400 nǝfǝr qatılıb. Yürüşdǝ iştirak edǝnlǝri qǝbristanlıq yaxınlığında srebrenitsalı analar qarşılayıb.

Bu il 16-sı tǝşkil edilǝn ‘‘Sülh yürüşü’’nǝ qatılan yüzlǝrlǝ adam Potaçari  qǝbristanlığına daxil olaraq soyqırım qurbanları üçün dua ediblǝr.

Qeyd edǝk ki, Srebrenitsa soyqırımı 1995-ci ilin  11 iyul tarixindǝ  8372 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirməsi ilə həyata keçirilən soyqırım aktıdır. Soyqırım Ratko Mladiçin tabeçiliyindəki serb ordusu tərəfindən törədilib. Bosniyalı əsgərlərin nəzarətindǝ olan bölgəyə qadın və uşaqların getmǝsinǝ  icazə verən serblər, meşə ilǝ örtülü ǝrazidǝ, fabriklərdə və anbarlarda azı 8 min 372 bosniyalını qǝtlǝ yetirib.



Әlaqәli Xәbәrlәr