Burkina-Fasoda terror aktı törǝdilib, ölǝnlǝr var
Bu barǝdǝ yerli mǝtbuat orqanları mǝlumat yayıb.
Burkina-Fasonun şimalında törǝdilǝn terror hücumu nǝticǝsindǝ 50 nǝfǝr hǝlak olub.
Bu barǝdǝ yerli mǝtbuat orqanları mǝlumat yayıb. Mǝlumata görǝ, terror aktı Qorom-Qorom şǝhǝrinin yaxınlığında törǝdilib.
Terrorçuların mülki vǝtǝndaşlara hücum etdiyi bildirilib. Hücum nǝticǝsindǝ ǝksǝriyyǝti qadın vǝ uşaq olmaqla 50 nǝfǝr hǝlak olub.
Qeyd edǝk ki, 2018-ci ildǝn etibarǝn ölkǝnin şimal bölgǝlǝrindǝ terror aktları törǝdilir.
Burkina Fasonun 7 bölgǝsindǝ törǝdilǝn terror hücumları sǝbǝbindǝn fövqǝladǝ vǝziyyǝt rejimi elan edilib. Ölkǝdǝ 2015-ci ildǝn etibarǝn törǝdilǝn terror aktları nǝticǝsindǝ 1 milyon adam evlǝrini tǝrk etmǝk mǝcburiyyǝtindǝ qalıb.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.