Almaniya, Fransa, İordaniya və Misir İsrailə reaksiya bildirdilər

Dörd ölkə tərəfindən verilən ortaq şərhdə bildirilir...

1450604
Almaniya, Fransa, İordaniya və Misir İsrailə reaksiya bildirdilər

 

  Almaniya, Fransa, İordaniya və Misir İsrailin işğal etdiyi Fələstin torpağı – İordan çayının Qərb sahillərinin ilhaq planına reaksiya göstərdilər.

  Dörd ölkə tərəfindən verilən ortaq şərhdə bildirilir: “Fələstin torpaqlarının hər hansı bölgəsinin işğalı beynəlxalq hüquq pozuntusudur və barış müddətinin təməllərini təhlükəyə atır.

  Biz 1967-ci il sərhədlərinə daxil olmayan əraziləri qəbuletmə dəyişikliklərini tanımırıq. Bundan başqa, belə bir hərəkət bölgənin təhlükəsizliyi və sabitliyi üzərində ciddi problem yaradır, tam və ədalətli sülh əldəetmə səyləri qarşısında böyük maneə yaradır. İsrail ilə mövcud əlaqələrə də bu hərəkətlərin təsiri olacaq.

  Beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatı qərarlarına söykənən iki dövlətli həll təklifini qəbul etdiyimizi təkrarlayır, İsrail və Fələstin arasında müzakirələrin yenidən başlanmasını dəstəkləyirik”.



Әlaqәli Xәbәrlәr