İsrail yenә Qәzzanı bombaladı

İsrailә mәxsus döyüş tәyyarәlәri Qәzza zolağının şәrqindәki bәzi әkin sahәlәrinә zәrbәlәr endirib.

1449860
İsrail yenә Qәzzanı bombaladı

 

İsrailә mәxsus döyüş tәyyarәlәri Qәzza zolağının şәrqindәki bәzi әkin sahәlәrinә zәrbәlәr endirib.

Hücum nәticәsindә zәrәr çәkәnlәrin olub-olmadığı ilә bağlı mәlumat verilmәyib.

Digәr tәrәfdәn İsrail ordusu tәrәfindәn verilәn açıqlamada İsrailә mәxsus döyüş tәyyarәlәrinin vә helikopterlәrinin Hәmas hәrәkatının Qәzzadakı obyektlәrini vurduğu bildirilib.

Açıqlamada hücum zamanı infrastrukturun hәdәf alındığı vurğulanıb.

Mәlumatda hücumun Qәzzadan atılan raket mәrmisinә cavab olaraq hәyata keçirildiyi bildirilib.

Dünәn axşam radәlәrindә İsrail ordusundan verilәn açıqlamada Qәzzadan 3 raket mәrmisinin atıldığı bildirilmişdi. Açıqlamada raketlәrdәn birinin havadan müdafәi sistemi tәrәfindәn mәhv edildiyi vurğulanmışdı.

Digәr raket mәrmilәrinin hansı bölgәlәrә düşdüyü ilә bağlı mәlumat verilmәmişdi.



Әlaqәli Xәbәrlәr