Terhunedәki kütlәvi mәzarlarda daha doqquz nәfәrin cәsәdi aşkar edilib

Liviyanın şәrqindәki qeyri-qanuni silahlı qüvvәlәrin lideri Xәlifә Hafterә sadiq qüvvәlәrdәn tәmizlәnәn Terhune vilayәtindәki kütlәvi mәzarlarda daha 9 nәfәrin cәsәdi aşkar edilib.

1445362
Terhunedәki kütlәvi mәzarlarda daha doqquz nәfәrin cәsәdi aşkar edilib

 

Liviyanın şәrqindәki qeyri-qanuni silahlı qüvvәlәrin lideri Xәlifә Hafterә sadiq qüvvәlәrdәn tәmizlәnәn Terhune vilayәtindәki kütlәvi mәzarlarda daha 9 nәfәrin cәsәdi aşkar edilib.

Mәlumatda Terhune şәhәrindәki kütlәvi mәzarlarda  indiyәdәk 19 nәfәrin cәsәdinin aşkar edildiyi bildirilib.

Liviya ordusu Hafterә sadiq silahlılara qarşı keçirdiyi әmәliyyatlar  nәticәsindә 2020-ci ilin 5 iyun tarixindә Terhune vilayәtini nәzarәtinә keçirmişdi.

Liviya ordusunun Tripolinin cәnubundakı Terhunәni  Hafterә sasiq silahlılardan tәmizlәdiyi gün vilayәtdәki xәstәxanada 106, xәstәxanaya mәxsus konteynerdә isә 26 cәsәdin aşkar etdiyini bildirmişdi.

Ordu iyunun 10-da da Tripolinin cәnubundakı Kasr Bin Qasir bölgәsindә çox sayda cәsәdin yerlәşdiyi başqa konteynerin görüntülәrini bölüşmüşdü vә qәtlә yetirilәnlәr arasında qadın vә uşaqların da olduğunu vurğulamışdı.

Qeyd edәk ki, iyunun 8-dә Terhunenin cәnubunda yerlәşәn Әl-Avate bölgәsindә daha 5 cәsәd aşkar edilmişdi. Hәmin şәxslәrin işgәncә nәticәsindә öldüyü bildirilmişdi.

Birlәşmiş Millәtlәr Tәşkilatı tәrәfindәn tanınan Liviya hökumәti bu prosesdә BMT vә insan hüquqları üzrә tәşkilatlara dәfәlәrlә çağırış edәrәk  kütlәvi mәzarlarla bağlı beynәlxalq istintaqın keçirilmәsini istәmişdi.

Liviya Baş naziri Sәrrac Hollandiyanın Haaqa şәhәrindә yerlәşәn  Beynәlxalq Cinayәt Mәhkәmәsinә Hafterә sadiq silahlıların törәtdiyi cinayәtlәrin araşdırılması ilә bağlı müraciәt etmişdi.



Әlaqәli Xәbәrlәr