Liviya ordusu: ‘‘Rusiya Sirtedәki hәrbi hava bazasına muzdlu hәrbçi daşıyır’’

Liviya ordusu suriyalı muzdlu hәrbçi vә ''Pantsir'' havadan müdafiә sistemlәri daşıyan Rusiyaya mәxsus tәyyarәlәrin Sirtedәki Әl-Qirdabiyyә bazasına azı 11 dәfә endiyini açıqlayıb.

1444135
Liviya ordusu: ‘‘Rusiya Sirtedәki hәrbi hava bazasına muzdlu hәrbçi daşıyır’’

 

 

Liviya ordusu Rusiyaya mәxsus tәyyarәlәrin Sirtedәki Әl-Qirdabiyyә bazasına  muzdlu hәrbçi vә ''Pantsir'' havadan müdafiә sistemlәri daşıdığını açıqlayıb.

Yerli mәtbuat orqanlarının yaydığı mәlumata görә, Rusiyaya mәxsus ‘‘Antonov’’ vә ‘‘İlyuşa’’ tipli tәyyarәlәrin Sirtedәki Әl-Qirdabiyyә bazasına azı 11 dәfә eniş edib.

Hәmin tәyyarәlәrin muzdlu hәrbçi vә ''Pantsir'' havadan müdafiә sistemlәri daşıdığı bildirilib. Tәyyarәlәrin hәmçinin silah-sursat da daşıdığı qeyd olunub.

Liviya ordusu iyunun 6-da Sirte, Cufra hərbi hava bazası və ətrafındakı  əraziləri ölkənin şərqindəki qeyri-qanuni silahlı qüvvələrin lideri Xәlifә Hafterә sadiq silahlılardan tәmizlәmәk üçün  "Qələbə Yolları" adlı  әmәliyyata start vermişdi.



Әlaqәli Xәbәrlәr