Fransanın səhiyyə işçiləri nümayişə qalxdı

Fransanın 220 şəhərində 50 mindən çox səhiyyə işçisi etiraz nümayişlərinə qatılıblar

1437483
Fransanın səhiyyə işçiləri nümayişə qalxdı

 

  Üç ay sanitar böhrandan sonra Fransada həkimlər, tibb bacıları, xəstə baxıcıları, səhiyyə işçiləri etiraz aksiyası keçirərək, hökumətə sanitar böhran vaxtı verdiyi vədləri xatırladıblar. Nümayişçilər “Alqışlar bitdi, indi isə mitinqlərə” şüarı altında küçələrə axışıblar.

  Paytaxt Parisin Ordu muzeyinin qarşında 18 mindən çox nümayişçi toplaşıb.

  Bəzi şəhərlərdə radikal anarxist qruplar dinc nümayişi pozaraq, avtomobilləri yandırıblar. Qarşıdurma zamanı polis gözyaşardıcı qazdan istifadə edib, 26 nümayişçi saxlanılıb.

  Fransanın 220 şəhərində 50 mindən çox səhiyyə işçisi etiraz nümayişlərinə qatılıblar.



Әlaqәli Xәbәrlәr