Çin-Hindistan sәrhәdindә toqquşma olub, 20 hәrbçi hәlak olub

Bu barәdә ANİ xәbәr agentliyi mәlumat yayıb

1437373
Çin-Hindistan sәrhәdindә toqquşma olub, 20 hәrbçi hәlak olub

 

Hindistan-Çin sәrhәdindә baş verәn toqquşma nәticәsindә 20 hәrbçi hәlak olub.

Bu barәdә  ANİ xәbәr  agentliyi mәlumat yayıb. Mәlumata әsasәn, qarşıdurma zamanı 20 hәrbçi hәlak olub. Bu son 45 ildә iki ölkә arasında yaşanan әn şiddәtli toqquşma olub.

Mәlumatda Çin tәrәfinin dә çox sayda itki verdiyi vә çox sayda hәrbçinin dә yaralandığı irәli sürülüb.Hadisә Ladah bölgәsindә baş verib.

Qeyd edәk ki, bölgәdә 2017-ci ildәn etibarәn hәr iki ölkәnin sәrhәdçilәri arasında gәrginlik yaşanır.



Әlaqәli Xәbәrlәr