Koronavirusla bağlı Qərbin vəziyyəti

Dünyada yeni növ koronavirus (Covid-19) səbəbindən həyatını itirənlərin sayı 439 220-dən yuxarıdır.

1436650
Koronavirusla bağlı Qərbin vəziyyəti

Dünyada yeni növ koronavirus (Covid-19) səbəbindən həyatını itirənlərin sayı 439 min 220-ü, yoluxma sayı 8 milyon 136 mini keçib, sağalanların sayı isə 4 milyon 248 mindən yuxarıdır.

118 min 283 nəfərin həyatını itirməsi ilə epidemiyanın mərkəzi olan ABŞ-da Nümayəndələr Palatası üzvü müsəlman millət vəkili İlhan Omerin atası koronovirusdan həyatını itirib. Qida və Dərman İdarəsi yeni növ koronavirus müalicəsində hidroksiklorokinin istifadəsini "faydasız" olduğu üçün ləğv etdiyini açıqlayıb.
İnsan itkisinin son bir gündə 38 artaraq 41 min 736-ya, yoluxmaların sayı isə 56 min artaraq 296 min 857-yə çıxdığı, pandemiyanın Avropadakı mərkəzi İngiltərədə 23 martda görülən tədbirlər çərçivəsində bağlanan dükanlar dünən qapılarını müştərilərin üzünə açıb.
İtaliyada "Covid-19" səbəbiylə həyatını itirənlərin sayı son 24 saatda 26 artaraq 34 min 371, yoluxmaların sayı 303 artaraq və aktiv yoluxmalardakı azalma ilə 25 min 909 olub. Ölkədə müxtəlif iş yerləri açılmaqda davam edir. Radio "Rai"yə açıqlama verən səhiyyə nazirinin müavini Pierpaolo Sileri "Nəhayət, yenidən nəfəs almağa qayıdırıq. Vəziyyət yaxşılaşır. Yenidən açıldıqdan sonra da virusda ikinci dalğa qorxusu görünmür" deyib.
Fransada son 24 saat ərzində epidemiya səbəbiylə xəstəxanalarda 29 nəfər həyatını itirib, həyatını itirənlər 29 min 436 olub, virus aşkarlananların sayı 152 artaraq 194 min 777-ə çıxıb.
İspaniyada Səhiyyə Nazirliyi son bir həftədə 25 insanın öldüyünü bildirib. Ümumilikdə insan itkisi sayı iyunun 7-də dayandırılıb və 27 min 136-da qalıb. Bundan əlavə, son 24 saatda 40 artan yoluxmaların sayının 244 min 109-a çıxdığı yüksəldiyi bildirilib.
Portuqaliyada son 24 saat ərzində "Covid-19"-dan 3 adam ölüb, epidemiyada insan itkisi 520 minə yüksəlib. 346 yeni hadisənin aşkarlandığı ölkədə yoluxmaların sayı 37, min 36-ya yüksəlib.

Yeni növ koronavirusdan insan itkisi son 24 saatda 439 artaraq 17 580 olduğu Meksikada Baja Kalifornia Sur əyalətində turizm kurortları qismən açılıb.

Belçikada insan itkisi 9 min 663-ə, yoluxanların sayı isə 60 min 155-ə çıxıb.



Әlaqәli Xәbәrlәr