Koalisiya qüvvәlәri Husilәrә ağır zәrbәlәr endirib

Bu barәdә әrәb koalisiyasının sözçüsü Turki әl-Maliki mәlumat verib.

1436991
Koalisiya qüvvәlәri Husilәrә ağır zәrbәlәr endirib

 

Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri Husilәrә mәxsus pilotsuz uçuş aparatı (PUA) vә ballistik raketlәri mәhv edib.

Bu barәdә әrәb koalisiyasının sözçüsü Turki әl-Maliki mәlumat verib. O qeyd edib ki, koalisiya qüvvәlәri dünәn İran tәrәfindәn dәstәklәnәn Husilәrin Asir bölgәsindәki mülki yaşayış mәntәqәlәrә göndәrdiyi minalanmış pilotsuz uçuş aparatlarını mәhv edib.

Maliki koalisiya qüvvәlәrinin hәmçinin Husilәrin bu sabah Yәmәnin Saada şәhәrindәn Necrana göndәrdiyi ballistik  raketlәri dә mәhv etdiyini qeyd edib.

Koalisiya qüvvәlәrinin Husilәrlә mübarizә çәrçivәsindә Yәmәn hökumәtinә dәstәk vermәyә başladığı  2015-ci ildәn etibarәn 357 pilotsuz uçuş aparatının vurulduğunu vә 313 ballistik raketin mәhv edildiyini vurğulayan Maliki Husilәrin hәyata keçirdiyi hücumlarla dinc әhaliyә ciddi zәrәr verdiyini deyib.

Husilәrin sözçüsü Yahya Seri isә verdiyi açıqlamada dünәn axşam radәlәrindә 5 PUA ilә  Asir bölgәsindә yerlәşәn Hamis Muşaytdakı silah anbarları vә hәssas hәrbi obyektlәri hәdәf aldıqlarını bildirib.



Әlaqәli Xәbәrlәr